Logo

Günay İbrahimlinin 50 yaşlı anası gözəlliyi ilə heyran etdi - FOTOLAR


Tanınmış müğənni Günay İbrahimli "İntagram" hesabında anasının doğum günü münasibətlə paylaşım edib.

İqtisadiyyat.az xəbər verir ki, ifaçı paylaşıma bu sözləri yazıb:

"O, günün bütün saatlarında sizi təmənnasız sevir... Sizin üçün hər kəsə, hər şeyə sinə gərir. Bəlkə də kiçik bir təbəssümünüz üçün nələrdən keçir... Bu, anadır.

Bu gün isə o qadınlardan biri - əziz anamın 50-ci yaşı tamam olur. Hər zaman ona layiq övlad olmağa çalışmışam. Nə qədərini bacarmışam, bilmirəm. Lakin bildiyim tək şey onu ömür boyu yanımda görmək istəməyimdir. Ad günün mübarək, cənnətə layiq olanım!".