20.06.2019 12:53
169
Dünya ölkələrinin diet sirləri
Düzgün qidalanmanın sirləri
Dünyada nə qədər ölkə varsa, bir o qədər də adət - ənənə mövcuddur. Lakin müxtəlif ölkələrin qadınlarını birləşdirən bir məqam də var: hər zaman formada olmaq arzusu. Artıq çəkidən necə qurtulmaq olar? Daha dəqiq desək, gözəl bədən quruluşuna sahib olmağın yolları hansılardır? - bu suallar cazibəli və baxımlı görünmək istəyən hər bir qadını maraqlandırır. Gözlədiyiniz nəticələri tez bir zamanda əldə etmək üçün müxtəlif ölkələrdə istifadə edilən pəhrizləri diqqətinizə çatdırırıq.
Yaponiyada necə arıqlayırlar
Fransızsayağı arıqlamaq metodu
İtalyansayağı sağlam qidalanma
Hindistanda qidalanma və pəhriz
Aşağıda oxuyun
Yaponiyada necə arıqlayırlar
Yaponlar elə hesab edirlər ki, gözəl bədən quruluşuna sahib olmaq, hər şeydən əvvəl sağlam həyat tərzinin göstəricisidir. Ona görə də Yaponiyada insanlar qidanın miqdarına xüsusilə diqqət yetirirlər. Əsas məsələ - yemək masası arxasından tam doymamış qalxmaqdır. Bu vərdiş yaponlara hər zaman optimal bədən çəkisini saxlamağa kömək edir. Bundan başqa, onlar hesab edirlər ki, az yemək insana sağlamlıq, aydın yuxu və yüksək həyat tonusu verir.
Fransızsayağı arıqlamaq metodu
Əsrlər boyu Şərqdən fərqli olaraq, Fransada incə bədən quruluşuna malik zərif qadınlar ideal sayılırdı. O zamanlardan fransız xanımları gözəl bədən quruluşunu qorumaq üçün düzgün qidalanma təcrübəsi toplaya bilmişlər.
Fransızlar tez-tez, lakin kiçik porsiyalarla yeməyə adət ediblər. Kiçik porsiyalar maddələr mübadiləsini sürətləndirir və bu zaman kalorilərin çox hissəsi sərf olunmuş olur. Beləliklə, siz gün ərzində 4-5 dəfə kiçlk porsiyalarla qida qəbul etməklə normal bədən quruluşunu qoruyub saxlaya bilərsiniz.
İtalyansayağı sağlam qidalanma
Italiyada sağlam həyat tərzinə fərqli yanaşırlar. Onlar əsasən bitki mənşəli qidalara və tərkibində sellüloza olan məhsullara üstünlük verirlər. Onlar bu fikri əsas götürürlər ki, sellüloza məhz aclıq hissini azaldır və orqanizmdən son mübadilə məhsullarını çıxarmağa kömək edir. Ona görə də italyan mətbəxində sellüloza ilə zəngin olan məhsullara daha çox rast gəlmək olar: paxlalılar, taxıl bitkiləri, müxtəlif tərəvəzlər və s.
Hindistanda qidalanma və pəhriz
Induslar Ayurveda prinsiplərini əsas götürərək özünəməxsus şəkildə qidalanırlar. (Ayurveda - ənənəvi hind tibbi sistemidir) Müqəddəs kitabda yazılanlara riayət edən induslar ciddi tibbi prinsiplərə əsaslanırlar. Burada yazılanlara görə, insan orqanizmi yediyini gün ərzində həzm edir. Ona görə də onlar demək olar ki, heç vaxt şam yeməyi yemirlər. Bu, əslində axşam yeməyindən imtina etməklə düzgün formada qalmağın ən sadə üsullarından biridir.
Dünyada müxtəlif ölkələr var və hər birinin adət-ənənələri də fərqlidir. Qidalanma özü də bir mədəniyyətdir desək, yanılmarıq. Lakin qeyd etmək lazımdır ki, Yer üzündə ölkələrin, ənənələrin, vərdişlərin rəngarəngliyi fonunda pəhrizin növündən asılı olmayaraq bir məsələni unutmaq olmaz. Mənsub olduğu irqdən, yaşadığı coğrafi məkandan asılı olmayaraq, insan hər zaman balanslaşdırılmış qidalanmaya riayət etmək, həddindən artıq yeməmək, gecə vaxtı yeməkdən çəkinmək, çoxlu hərəkət etmək kimi qızıl qaydalara əsaslanmalıdır. O zaman artıq çəkidən azad olmaq daha asan və düzgün yolla olacaq.