Logo

Oğlunu itirən əməkdar artist: “Nəfəs alıram, yaşamıram”


Əməkdar artist Zöhrə Abdullayeva ATV telekanalında yayımlanan “Bizimləsən” verlişinin qonağı olub.

İnce.az xəbər verir ki, sənətçi oğlunun ölümündən sonra yaşadığı çətin günlərdən danışıb.
“Onun ölümü ilə hələ də barışa bilmirəm. Qəm-qüssə mənim vəzir-vəkilimdir. Hərəsi bir tərəfimdə əyləşib. Sevinə, bilmirəm. Sevincim də , ürəkdən gülməyim də onunla getdi. Daha gülə bilmirəm. Dünya gözümdə bir qarışqa qədər qalmadı. Nəfəs alıram, yaşamıram. Fələyin zərbəsi qəfil dəydi bizə. Səhnəni də, oğlumu da itirdim. İkisiylə də yaşayırdım. Birinci oğlumla, ikinci isə səhnə ilə. Hərdən elə bilirəm yaşayır, hardansa mənə baxır”.
Qeyd edək ki, sənətçinin oğlu beyin xərçəngindən dünyasını dəyişib.