Logo

Parlamentdə antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edilir


Azərbaycanda antibiotiklərlərin satışına nəzarətin artırılması təklif edilir.

İnce.Az Trend-ə istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin iclasında çıxış edən komitə üzvü Qənirə Paşayeva çıxış edib.

Onun sözlərinə görə, antibiotiklərlərin nəzarətsiz satışı məsələsi ciddi şəkildə nəzarətə alınmalıdır: "Onun doğurduğu problemlər artır. Azərbaycanda antibiotiklər tamam nəzarətsiz şəkildə satılır, bu məsələnin də diqqətdə saxlanılması lazımdır".

Q.Paşayeva qeyd edib ki, insan orqanlarının donor və transplantasiyası ilə bağlı qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması çox vacibdir: "Gələn ildən icbari tibbi sığorta sistemi fəaliyyətə başlayacağı üçün bu istiqamətdə qanunvericlik bazasının yaradılması çox vacibdir. Hər gün yüzlərlə xəstə bu qanunun qəbulunu gözləyir".

Deputat əlavə edib ki, bu gün ölkədə tibbi maarifləndirmə işində klinikaların və həkimlərin reklamları daha çoxdur: "Əhalinin müxtəlif xəstəliklərlə bağlı düzgün şəkildə maarifləndirməsi zərurətə çevrilib".